Paşinyan: “Bakı ilə sülh müqaviləsinin imzalanması Pakistanla
münasibətlərimizə kömək edə bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanla sülh sazişinin imzalanması İrəvana İslamabadla diplomatik
münasibətlər qurmağa kömək edə bilər.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların
suallarını cavablandırarkən bəyan edib.
Hökumət başçısı Ermənistanı hələ rəsmən tanımayan və islam dünyasının nüfuzlu
ölkələrindən olan Pakistanla münasibətlər istiqamətində müəyyən diplomatik
işlərin aparılacağını bildirib. O, İslamabadın İrəvanla diplomatik əlaqələrdən
imtina etməsini məhz Azərbaycan faktoru ilə bağlı olduğunu qeyd edib.
“Biz Azərbaycanla sülh müqaviləsi imzalaya bilsək bu, Pakistanla diplomatik
münasibətlərin qurulmasına da töhfə verəcək”, – deyə o qeyd edib.
Mənbə: TASS