7b7f71ec-a574-44b3-b5d6-97b11a2b432a..jpg

Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

Baxış sayı: 920 dəfə baxılıb.

Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı dövlətə
xəyanət ittihamı ilə başlanmış cinayət işi çərçivəsində istintaq orqanları
tərəfindən dindirilib.

Bu barədə çərşənbə axşamı Ermənistan hökumətinin başçısı özü parlamentdə
bildirib.

O, müxalifətçi deputatlardan birinin müvafiq sualına “Bəli, məni dindirdilər.
Nə qədər lazımdır, o qədər də dindirəcəklər”, – deyə cavab verib.

Paşinyan, həmçinin əlavə edib ki, müvafiq cinayət işləri üzrə 43 hərbçi
təqsirləndirilir.

Mənbə: TASS

Source link