Ermənistan baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinə imkanlı şəxslərin və yüksək vəzifəli məmurların mühafizə xidmətlərini yoxlamaq tapşırığı verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb.
Baş nazir bu əməliyyat üçün güc strukturlarına iki saat vaxt verib. O, məmurların və imkanlı şəxslərin mühafizəçilərini tərksilah etməyi tapşırıb.
Paşinyan xüsusi xidmət orqanları rəhbərlərinin danışıqlarının səs yazısının yayılmasını dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirib.