Paşinyan: “Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur”
“Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik və ya qoşun cəmləşməsi
yoxdur”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına
müsahibəsində deyib.
“Mənə hər gün sərhəddə atəşkəsin pozulması barədə məlumat verilir və son 24
saat ərzində cəmi bir güllə atılıb. Hazırda Ermənistan-Azərbaycan sərhədində
heç bir gərginlik və ya qoşun cəmləşməsi yoxdur”, – Paşinyan bildirib.
Mənbə: TASS