a605efdd-19c7-4b13-a521-42bcd348e593..jpg

Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”

Baxış sayı: 646 dəfə baxılıb.

Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və
prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi
var”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə
müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası
və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun
müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.

Siyasətçi güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkisindən sonra
buna nail olmaq mümkün olacaq:

“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail
olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.

Source link