“Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır”.
Cixisyolu.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri
Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Ermənistan nəqliyyat keçidini və Naxçıvanla Azərbaycan
arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır. “Beləliklə,
Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını
sadələşdirməyə hazırdır”, – o bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin
öhdəliyidir: “Biz bu təhlükəsizliyə zəmanət veririk”.
19:00
“Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Cixisyolu.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri
Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə
keçirilən iclasında deyib.
O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.
“İndiki mərhələdə biz ölkələrimiz arasında sülhün möhkəm təməlinə çevrilə
biləcək bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməliyik. Bu,
bir-birimizin ərazi bütövlüyünün tanınması, bir-birinə qarşı ərazi iddiaları və
gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək və
bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlər qurmaq və sülh
müqaviləsi tərəflərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün
ikitərəfli mexanizmlərin yaradılması məsələsidir”, – Paşinyan bildirib.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər
nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi
gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatı açıqlamayıb.