Paşinyan: “Ermənistan və Azərbaycan üçün delimitasiya prosesi praktiki
mərhələyə qədəm qoyur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında
sərhədin delimitasiyası və demarkasiyasının praktiki mərhələsinin başladığını
elan edib.
Bunu Ermənistan Nazirlər Kabinetinin rəhbəri ölkənin İctimai Televiziyası
tərəfindən nümayiş etdirilən sərhəddə yerləşən Voskepar kəndinin sakinləri ilə
görüşü zamanı deyib.
“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki
mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada
yerləşdiyini aydınlaşdırmaq lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını
almaqdır. Bu həm də sərhədin harada olduğunu müəyyənləşdirməyimizin səbəbidir.
Ermənistan bu ərazidə yerləşir və biz bunu təkcə ölkəmiz üçün deyil, həm də
konkret olaraq Voskepar və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini
təmin etmək üçün edirik”, – deyə Paşinyan bildirib.
O bildirib ki, Bakıda dörd problemli kənddən söhbət gedir, Ermənistan tərəfi
isə 31 yaşayış məntəqəsində problemlərin olduğunu qeyd edir.