Paşinyan Ermənistanın baş naziri seçilmədi – YENİLƏNİB

Paşinyan Ermənistanın baş naziri seçilmədi – YENİLƏNİB

Baxış sayı: 2. 111 dəfə baxılıb.

Ermənistan parlamentində keçirilən səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümumilli tətil elan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Paşinyan çərşənbə günü səhər saatlarından etibarən vətəndaşları əsas yolları, metro stansiyalarını və aeroportu bağlamağa çağırıb.

Paşinyan eyni zamanda Ermənistan polisinə səslənərək, asayış keşikçilərini “qalxanları yerə qoymağa və etiraz aksiyasına qoşulmağa” dəvət edib.

20:57

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, Paşinyanın lehinə cəmi 45 deputat səs verib.

Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunurdu.

Yeni səsvermə yeddi gün ərzində keçirilməlidir. İkinci səsvermədə də baş nazirini seçmək mümkün olmasa, Ermənistan parlamenti buraxılacaq.

.
www.ÇıxışYolu.Com