Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrində olub və erməni əsgərlərinin qidalarını dadıb.
“Hazırkı yeməklər dəhşətdir”, – Paşinyan mətbuat konfransında bildirib.
ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, yeni hökumət bu məsələ ilə məşğul olacaq.
O əlavə edib ki, valideynlər üçün ən üzücü məktub övladlarının normal qida göndərmələrini xahiş etməsi ilə bağlıdır.