Ermənistan müxalifətinin lideri, bu gün parlamentdə keçirilən seçkilərdə baş nazir seçilən Nikol Paşinyan mayın 9-u Dağlıq Qarabağa səfər edəcək.
ÇıxışYolu.Com “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, etirazçıların lideri seçkidən öncə verdiyi açıqlamada bununla bağlı məlumat verib.
“Mənim ilk addımım cəbhə bölgəsində vəziyyətlə tanışlıq olacaq”, – o deyib.
Paşinyan vəd edib ki, ölkədə siyasi və iqtisadi motivlər üzrə təqiblər olmayacaq.
“Ermənistanda imtiyazlı insanlar olmayacaq, hamı qanun qarşısında bir olacaq”, – o bildirib.