Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir seçiləcəyi təqdirdə milli razılaşma hökuməti təşkil edəcək.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə əsasən, onun sözlərinə görə, Nazirlər Kabinetinin gələcək tərkibi ilə bağlı bir neçə variant var:
“Lakin seçim siyasi vəziyyətdən asılı olacaq. Demokratik, düzgün seçkilər üçün tam şərait yaradıldığı zaman istefa verəcəyəm”.