Paşinyan kadr təmizləməsinə başlayıb: Uşaq bağçalarının müdirləri də işdən
çıxarılırlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata
keçirmək qərarına gəlib.
Belə ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının üzvü olmayan bütün
məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.
O hesab edir ki, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam
edən bütün məmurlar mümkün qədər tez vəzifədən uzaqlaşdırılmalıdırlar.
“Bu, bütün sahələrə – səhiyyəyə, idmana, təhsilə, o cümlədən orta məktəblərə,
hətta uşaq bağçalarında rəhbər vəzifə tutan rəhbər şəxslərə aiddir”, – mənbə
bildirib.
Mənbə xatırladıb ki, bu günlərdə İrəvanda 11 uşaq bağçasının direktorunun
işdən çıxarılması da məhz N.Paşinyanın kadr siyasətinin tərkib hissəsidir.
“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən
məxməri inqilabçılar heç bir tənqidə, müxalif bəyanatlara, fikir müxtəlifliyinə
dözümlü yanaşmaq iqtidarında deyillər”, – Ermənistanda nəşr edilən qəzet yazır.
Mənbə: “Joxovurd”