Paşinyan MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiya tərəfi hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin
qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
brifinqdə deyib.
“Düşünürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin
dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada
Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət
başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada, əslində,
bütün maraq doğuran sualları qaldırmaq mümkündür”, – deyə o bildirib.
M.Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı
mövqeyinə gəlincə isə bildirib ki, bu mövqe ölkə prezidenti, xarici işlər
naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə
açıqlanıb.
Mənbə: TASS