169cb532-6bef-41b0-9136-52ab07da1586.webp

Paşinyan: “Qarabağ məsələsi uzun illərdir Ermənistanın boynunda ilgək kimi istifadə olunur”

Baxış sayı: 275 dəfə baxılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, o, BMT-dəki
çıxışı zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab
etdiklərini deyib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Baş nazir BMT tribunasından son çıxışı zamanı Qarabağdan niyə danışmadığını
belə izah edib.

Paşinyan bildirib ki, Qarabağ məsələsi uzun illərdir bir çox dövlətlər
tərəfindən Ermənistanın boynuna ilgək kimi, erməni dövlətçiliyinin aradan
qaldırılması üçün istifadə olunur. O vurğulayıb ki, erməni xalqı öz tarixi ilə
bağlı bütün həqiqətləri bilməlidir.

Source link