Paşinyan: Qarabağ məsələsində güzəştlər olmayacaq

Paşinyan: Qarabağ məsələsində güzəştlər olmayacaq

Baxış sayı: 2. 322 dəfə baxılıb.

Erməni birliyi Bakının Qarabağ məsələsinin hərbi yolla həlli illüziyasını dayandıracaq.

Bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı baş nazir postuna namizəd, “Yelk” partiyasının lideri Nikol Paşinyan bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Qarabağ məsələsində danışıqlar ancaq Azərbaycan tərəfinin beynəlxalq hüquq normalarına əməl etməsindən sonra mümkün olacaq. 

“ATƏT-in Minsk qrupunun nümayəndələri Bakını əsassız addımlardan atmaqdan çəkindirmək üçün bütün təsirlərindən istifadə etməlidir”, – o bildirib. 

Serj Sarkisyanın sabiq mətbuat katibi ondan öz məqaləsində “Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmadan münaqişə ətrafında danışıqlar aparmaq olmaz” fikrinə münasibət bildirməyi xahiş edib. Paşinyan qeyd edib ki, onun sözlərinə deyilən bütün şərhlər dezinformasiyadır:

“Mən 15 dəfə bu məqalənin “skrin-şot”larını yayımlamışam. Burada elə bir söz yoxdur. Çox təəssüf edirəm ki, siz mənim təkziblərimi izləməmisiniz və burada dezinformasiya ilə məşğulsunuz”. 

O qeyd edib ki, hazırkı şərtlər daxilində hər hansı güzəştdən söhbət gedə bilməz.

www.ÇıxışYolu.Com