Müxalifət hakimiyyətə gəlsə belə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü qalacaq.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yerevandakı etiraz hərəkatının lideri, erməni deputat Nikol Paşinyan mitinqdə etdiyi çıxışda bildirib.
“Ermənistan KTMT tərkibində qalacaq, buna zamin dururam… Bu Ermənistanın milli maraqlarına cavab verir.
Biz bunun üzərində işlər aparacağıq, bu təşkilatın daha effektiv olmasına və Ermənistan və Qarabağın təhlükəsizliyi üçün əlavə zəmanətlər verməsinə nail olmağa çalışacağıq”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, hərəkat Rusiyaya qarşı düşməncəsinə köklənməyib və hakimiyyətə gələcəyi təqdirdə ölkəni qeyri-səmərəli avantüra yoluna sürükləməyəcək.
O, eyni zamanda Ermənistanın Avropa İttifaqı və Avrasiya iqtisadi ittifaqı qarşısında götürdüyü öhdəliklərə sadiq qalacağını bildirib.