Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ respublikasının” Ermənistana birləşməsi perspektivlərinə münasibət bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
“DQR”in beynəlxalq ictimaiyyət tərəfindən tanınması buna doğru aparan yollardan biridir. “DQR” beynəlxalq aləmdə tanınsa, Ermənistan və Qarabağ xalqları öz mövqelərini ifadə edəcək”, – deyə Nikol Paşinyan Xankəndidə verdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Paşinyan baş nazir postunda ilk səfərini işğal altında olan Dağlıq Qarabağa edib.