Paşinyan sələflərinin səhvlərini təkrarlayır – ŞƏRH

Paşinyan sələflərinin səhvlərini təkrarlayır – ŞƏRH

Baxış sayı: 2. 023 dəfə baxılıb.

Bu gün Ermənistan özünü xilas etməlidir və bu məsələdə onların əsas çıxış yolu Azərbaycan torpaqlarını işğaldan azad etməkdən ibarətdir. Danışıqların konstruktiv xarakter alması üçün Ermənistan Qarabağın və yeddi rayonun azad olunması prosesinə başlamalıdır.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Ermənistandakı Məxməri İnqilabın lideri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Paşinyan aprelin 30-u verdiyi açıqlamasında Azərbaycanı Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutmaqda və təcavüzkar siyasətdə ittiham edib. 

Azərbaycanlı parlamentarinin fikrincə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən başqa istənilən təklif Ermənistanın dövlətçiliyinin itirilməsinə səbəb olacaq. 

“Ermənistan Sarkisyanın cinayətkar rejiminin uzunmüddətli idarəetməsindən sonra hərbi bazaya çevrilib. Yeni rəhbərlik bu problemin mahiyyətini belə anlamır.

Əvvəlki rejim Ermənistanın müstəqilliyini məhv edib. Bu gün erməni ictimaiyyəti yeni hökumətdən başqa yanaşma gözləyir, ancaq onların liderləri eyni səhvləri buraxır”, – deputat bildirib. 

Mollazadə əlavə edib ki, əgər Paşinyan və onun tərəfdarları Ermənistanın dövlət kimi bərpasını istəyirlərsə, ilk addımda Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidirlər.

Əli Məmmədov
www.ÇıxışYolu.Com