72af1deb-250b-4365-9916-8a1217657db4..jpg

Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur”

Baxış sayı: 474 dəfə baxılıb.

Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük
uğurdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Ermənistan və Azərbaycan
arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur
adlandırıb.

Cixisyolu.com-ın Ermənistan mediasına istinadla məlumatına görə, bu barədə Paşinyan
hökumətin iclasında qeyd edib.

O bildirib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da
möhkəmləndirilməsi üçün təməl daşı olub.

“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş
sərhədə malikdir”.

Baş nazir bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət
komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Xatırladaq ki, mayın 15-də iki ölkənin şərti sərhədində Azərbaycanın baş
nazirinin müavini Şahin Mustafayevin və Ermənistandan olan həmkarı Mqer
Qriqoryanın sədrliyi ilədelimitasiya komissiyalarının doqquzuncu iclası
keçirilib. Nəticədə Bağanıs Ayrım (AR) –
Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER)
və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd
xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik
prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq
yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə
alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb.

Source link