fb98759c-abab-4f93-8c07-cab70bdd8cc8.jpg

Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb

Baxış sayı: 37 dəfə baxılıb.

Ermənistanın Şirak bölgəsinə səfər edən Nikol Paşinyan sahibsiz itlərin
hücumuna məruz qalıb.

Cixisyolu.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Şirak bölgəsinin
mərkəzi hesab edilən Gümrü şəhərində baş verib.

Belə ki, N.Paşinyan bu gün səhər saatlarında Gümrü şəhərində mühafizəçilərinin
müşayiəti ilə velosiped sürərkən sahibsiz itlər ona hücum edib. Nəticədə
N.Paşinyan və onun cangüdənləri təşviş içində ərazidən uzaqlaşıblar.

Hadisənin baş verdiyini Gümrü şəhərinin sakinləri də təsdiq ediblər.

Source link