Paşinyan Sarkisyanı təqib etməyəcəyinə söz verdi

Paşinyan Sarkisyanı təqib etməyəcəyinə söz verdi

Baxış sayı: 2. 369 dəfə baxılıb.

Yerevanda etiraz hərəkatına başçılıq edən deputat Nikol Paşinyan, Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinin təqib olunmayacağını bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Paşinyanın sözlərinə görə, hazırda müvəqqəti hökumətinin bir nömrəli tapşırığı azad növbədənkənar seçkilərə hazırlıqdır.

Bundan əvvəl Paşinyan xalqın ona etimad göstərəcəyi təqdirdə, baş nazir olmağa hazır olduğunu bildirib.

Paşinyan eyni zamanda Rusiya Ermənistan arasındakı münasibətlərdən danışıb.

“Rusiya ilə əlaqələr çox vacibdir, bu iki ölkə dost və qardaş ölkələrdir. Ancaq bu o demək deyil ki, ikitərəfli münasibətlərdə problemlər yoxdur”, – deyə Paşinyan bildirib.

.
www.ÇıxışYolu.Com