Paşinyan: “Tavuşda sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala
bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda sərhədin
delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.
Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı
bəyan edib.
Baş nazir Tavuşun dörd kəndinin Azərbaycanın tərkib hissəsi olduğunu etiraf
edib və bildirib ki, İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün
delimitasiyaya başlamağa razılaşıb.
“Biz Tavuş rayonu və Azərbaycanın Qazax rayonunun dörd kəndindən delimitasiya
prosesinin başlamasının əleyhinə deyilik”, – deyə hökumət başçısı bildirib.
Paşinyanın sözlərinə görə, delimitasiya məsələsinin həlli müharibənin
olmayacağına zəmanət vermir:
“Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir,
lakin bu, faktdır”.