Paşinyan Türkiyə ilə sərhədin açılması məsələsindən DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan
danışıqlarda əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli
Assambleyasının daimi komissiyalarının 2024-cü il dövlət büdcəsi layihəsi üzrə
iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik
pasportlara malik şəxslər üçün sərhədlərin açılmasını nəzərdə tutur.
“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz artıq belə
proseslərə (sərhəd keçidi) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata
keçiriləcək”, – deyə Paşinyan əlavə edib.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli
münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini
təyin ediblər.
Mənbə: Erməni KİV