Paşinyan və Kobaxidze Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasında öz məsuliyyətini
təsdiq edir”.
Nikol Paşinyan bu sözləri İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə
birgə keçirdiyi mətbuat konfransı zamanı deyib
O qeyd edib ki, bu gün keçirilən danışıqlarda Azərbaycanla münasibətlərin
normallaşdırılması məsələsi də müzakirə olunub.
“Biz bilirik və görürük ki, Gürcüstan təkcə Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasında maraqlı deyil, həm də effektiv addımlarla bu
prosesdə vasitəçi olmağa çalışır”.
Mənbə: Sputnik Ermənistan