Ermənistanın ikinci prezidenti Robert Koçaryanın hazırkı baş nazir Nikol Paşinyana qarşı iddiası ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.
“Sputnik Ermənistan” xəbər verir ki, proses iyunun 12-si keçiriləcək.
Koçaryan ötən ilin sentyabrında Paşinyana qarşı iddia irəli sürüb. O, şərəf və ləyaqətinin ona qarşı səsləndirilən açıq böhtanlardan qorunmasını tələb edib. Baş nazir çıxışlarından birində Koçaryanın toxunulmazlıq bəhanəsi ilə həbsdən azad edilməyəcəyini bildirib.
“Toxunulmazlıq nə deməkdir? Yəni insanların ölümünü təşkil etmək və daha sonra “mən toxunulmazam” demək olar? Bu, harada yazılıb?”, – Paşinyan deyib.