Paşinyan və Rəisi “3+3” platformasını müzakirə ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti
İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Söhbət zamanı regional “3+3” platforması müzakirə edilib.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-İran münasibətlərinin gündəliyində duran mövzular və
ikitərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında da
fikir mübadiləsi aparıblar.