5d63db6d-5b21-4ed1-813c-6caa73c6619a..jpg

Paşinyan yenə Rusiyanı ittiham etdi

Baxış sayı: 438 dəfə baxılıb.

Paşinyan yenə Rusiyanı ittiham etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kifayət qədər uzun müddətdir ki, Rusiya Federasiyası Azərbaycanla Ermənistan
arasında bərabərhüquqlu siyasət aparır. Məhz Rusiya Federasiyası regionumuzda
münasibətlərin şaxələndirilməsi siyasətinə başlayıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasında
britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin Ermənistanın hücuma
məruz qalmayacağına inamı olmadığı üçün biz müdafiəmizi gücləndiririk. Biz sülh
gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün
kəsilməsinin açarıdır.

Bu proses üç əsas prinsipə əsaslanmalıdır: Suverenliklərin qarşılıqlı
tanınması, Alma-Ata Bəyannaməsindən delimitasiya üçün əsas kimi istifadə
edilməsi və müvafiq ölkələrin yurisdiksiyasına əsaslanan nəqliyyat
marşrutlarının açılması. Bu kontekstdə biz “Sülh kəsişməsi” layihəmizi təklif
edirik”, – o qeyd edib.

Source link