Ermənistanda etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyan tərəfdarlarını aprelin 29-da yenidən etiraz aksiyalarına qoşulmağa çağırıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu bəyanatla o, İcevanda müxalifətin mitinqi zamanı çıxış edib:
“Mübarizəmiz zorakı deyil. Hərəkətlərimiz güclü və qərarlıdır”.
Həmçinin Paşinyan tərəfdarlarını Yerevanda mayın 1-də – Ermənistanda yeni baş nazir seçkiləri ilə bağlı kütləvi aksiyalar təşkil etməyə də səsləyib.