“Adekvad” ictimai təşkilatının üzvləri bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın fəaliyyətinə qarşı etiraz aksiyası keçiriblər.
İnterfaks xəbər verir ki, etirazçılar Yerevanın və digər 12 şəhərin mərkəzi küçələrində asfalta “#SutNikol” (“Yalançı Paşinyan”) heşteqi ilə qraffiti çəkiblər.
“Bugünkü aksiyamızı Paşinyanın ad günü şərəfinə (baş nazir bu gün 44 yaşını qeyd edir – red.) “Yalanın dünyaya gəlişi” adlandırırıq”, – təşkilatçılar bildiriblər.
Aksiyada 80 nəfər iştirak edib, onlardan 29-u saxlanılıb.