Paşinyandan bəyanat: “Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”.
Erməni KİV-in məlumatına görə, bu sözləri baş naziri Nikol Paşinyan deyib.
O, separatçıların “rəhbəri” Samvel Şahramanyanın “Le Figaro” nəşrinə
müsahibəsində “mühacirətdə olan” “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini
davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib. Paşinyanın
sözlərinə görə, Qarabağdan köçən bəziləri Ermənistanın milli təhlükəsizliyini
təhdid edən addımlar atırlar.
“Diqqətə çatdırmaq istəyirəm ki, İrəvanda bir hökumət var, o da burada
əyləşib. Lazım gələrsə, bəzi xarici dairələrin təhlükəsizlik təhdidi
yaratmaması üçün müvafiq tədbirlər görülməlidir”, – Paşinyan bildirib.