Paşinyanın müavini marixuananın qəbulunda ittiham edilir

Baxış sayı: 2. 978 dəfə baxılıb.

Paşinyanın müavini marixuananın qəbulunda ittiham edilir

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bəyan edib ki, onu marixuana qəbulunda ittiham edən politik.am saytını məhkəməyə verməyə hazırlaşır. 

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, nəşr Avinyanın dostları ilə birlikdə iş vaxtı hökumət binasında marixuana qəbul etməsi məlumatında gizli mənbəyə istinad edib. 

“Ünvanıma səsləndirdikləri böhtana görə politik.am saytını məhkəməyə verməyə hazırlaşıram. Qeyd etmək istəyirəm ki, saytdan nəinki bu məlumatın təkzibini, eləcə də kompensasiya tələb edəcəm”, – Avinyan “Facebook” hesabında yazıb.

www.ÇıxışYolu.Com