04752b5a-4a37-4809-9d5e-7e400648cfa9..jpg

Paytaxt klubundan dörd rekord

Baxış sayı: 515 dəfə baxılıb.

Paytaxt klubundan dörd rekord

“Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, komanda ardıcıl
dörd qələbə qazanmaqla buna nail olub.

Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0,
son olaraq isə VII turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub ediblər.
Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt
ardıcıl dörd qələbə qazanmayıblar.

“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır.
Bakılılar ardıcıl yeddi matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin
rekorduna imza atıblar. Əvvəlki rekord üç il öncə qeydə alınıb. 2020/2021
mövsümündə “Səbail” ilk iki turda qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi ilk yeddi turdakı xal və qol sayında da öz rekorduna imza
atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və
2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın
yeddi qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.

Source link