8f537aff-816c-4de3-b940-48be1b261f0a..jpg

Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb – FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini,
əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi
Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan
metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov
barəsində həbs qətimkan tədbiri seçilib.

Source link