b345d98e-d5a5-4f00-ad40-bd229442e11b..jpg

Paytaxta baş verən qəzada vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar – VİDEO

Baxış sayı: 432 dəfə baxılıb.

Paytaxta baş verən qəzada vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nərimanov rayonu, Vaqif prospektində yol-nəqliyyat hadisəsi baş
verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
VAZ-2121 və “Saipa” markalı minik avtomobillərinin toqquşması nəticəsində
yol-nəqliyyat hadisəsi baş verib və “Saipa” markalı avtomobilin sürücüsü ilə
sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə
qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına
təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Source link