Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar oktyabrın 5-dən Nəsimi
rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli
küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam
məhdudlaşdırılacaq.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm
avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil
ediləcək.