Paytaxtda bankomatı kəsib 174 min manat apardılar

Paytaxtda bankomatı kəsib 174 min manat apardılar

Baxış sayı: 3. 543 dəfə baxılıb.

Ötən həftə “Kapital Bank”ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, “Kapitalbank”ın Yasamal rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb:

“Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz hadisə qeydə alınıb. Günün günorta çağı üzlərinə əleyhqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı “Kapital Bank”ın bankomatına yaxınlaşıblar.

Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, “sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.

Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini,  polis polkovniki Orxan Mansurzadə ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı istintaq aparılır:

“Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq bitəndən sonra ətraflı şəkildə mətbuata açıqlama veriləcək”.

.
www.ÇıxışYolu.Com