2d544530-f616-4530-92b6-e73b29c6fc0e..jpg

Paytaxtda beş tona yaxın narkotik vasitə yandırıldı – VİDEO

Baxış sayı: 759 dəfə baxılıb.

Paytaxtda beş tona yaxın narkotik vasitə yandırıldı – VİDEO

Bakıda 4 ton 646 çox kiloqram narkotik vasitə məhv edilib.

AZƏRTAC xəbər verir ki, məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd
tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorları aprelin 26-da Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma
Zavod”unun inzibati ərazisində məhv edilib.

Ümumilikdə 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 4 ton
646 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə aidiyyəti
təşkilatların iştirakı ilə yandırılaraq məhv edilib.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda
ümumi dəyəri 223 milyon manat təşkil edir.

Source link