Paytaxtda ödəmə terminalından 6999 manat oğurlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında
quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat
daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı
Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli
bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon
sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.
Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam
etdirilir.
A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa,
bu barədə polisə məlumat verə bilərlər.