be48a596-5bce-4552-99f9-fd8816a33040.jpg

Paytaxtda prospektlə küçənin kəsişməsində nəqliyyatın ləngiməsinin qarşısı alındı

Baxış sayı: 45 dəfə baxılıb.

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və
ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq
prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan işıqforun iş rejimi
dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən
nəqliyyat vasitələri üçün işıqforun təkrarlayıcısında yaşıl işığın müddəti 10
saniyə artırılıb.

Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada
əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və
nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Source link