Bakıda sexlərin birindən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.