19bf2bef-d439-4da1-af41-7fb24352e819.jpg

Paytaxtın əsas prospektlərindən birində işıqfor işləmir

Baxış sayı: 38 dəfə baxılıb.

Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov
küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:

“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının
tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət
etmələri xahiş olunur”.

Source link