Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq: Evlər plana düşdü –
AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.
“Xəzərxəbər”in məlumatına görə, Kamandar Əhmədov və Həmid Abbasbəyli
küçələrində də yeni layihənin icrası ilə əlaqədar evlər plana düşüb.
Söhbət zamanı sakinlər bildiriblər ki, söküntü ilə bağlı hazırlıq işlərinə də
başlanılıb.
Sakinlər deyirlər ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği
ilə bağlı hələ onlarla danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə əlaqədar sözügedən
ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.
Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən,
ərazinin yaxınlığında yerləşən “Sevgi Parkı”nın genişləndirilməsi nəzərdə
tutulur.
Daha ətraflı videomaterialda: