Paytaxtın bir rayonu susuz qalacaq

Paytaxtın bir rayonu susuz qalacaq

Baxış sayı: 2. 314 dəfə baxılıb.

Paytaxtın bir rayonu susuz qalacaq

Bakının Xətai rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, paytaxtın Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərlərində görülən işlərlə əlaqədar içməli suyun verilişində fasilələr yaranacaq:

“Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərlərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə (Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir  küçələri və s.) içməli suyun verilməsində məhdudiyyətlər olacaq” .

Könül Cəfərli

www.ÇıxışYolu.Com