Bakının Səbail rayonunda binanın qəzalı vəziyyətə düşməsi sakinlərin
narahatlığına səbəb olub.
Bununla bağlı Cixisyolu.com-a oxucu müraciəti daxil olub.
Qeyd olunub ki, söhbət Xaqani və Puşkin küçələrinin kəsişməsində yerləşən
dördmərtəbəli binadan gedir.
“Neçə ildir, şikayət edirik, bizə eyni cavabı verirlər – “vəsait yoxdur”. Əgər
bu beton parçaları kiminsə üstünə düşsə, faciə qaçılmaz olacaq”, – deyə
müraciətdə vurğulanır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirildi ki, Səbail rayonunda
təmir işlərinin aparılması məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binalarının
siyahısı (sözügedən yaşayış binası da daxil olmaqla) tərtib olunaraq bir müddət
əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub.
“Sözügedən ünvan da nəzarətdə saxlanılır”, – deyə RİH-dən bildirilib.
Əzizə İsmayılova