Pedofil 14 yaşlı uşağa mesaj yazdı: “Səndən 500 uşağımın olmasını istəyirəm”

Baxış sayı: 1. 862 dəfə baxılıb.

Pedofil 14 yaşlı uşağa mesaj yazdı: “Səndən 500 uşağımın olmasını istəyirəm”

ABŞ-da uşaqlara qarşı zorakılığa görə məhkum olunmuş Tommi Lee Cenkins internetdə 14 yaşlı qızla danışdığını düşünərək polisin tələsinə düşüb.

Pulu olmadığı üçün 565 kilometrə yaxın məsafə qət edən 32 yaşlı kişi İndiana ştatından Viskonsin ştatına gələrkən yolda uşaq hesab etdiyi polislərə “səndən 500 uşağımın olmasını istəyirəm” kimi mesajlar yazıb.

Tommi Lee Cenkins hazırda yaxalanıb və onun ən azı 10 il həbs cəzasına məhkum edilə biləcəyi bildirilir.

Qeyd edək ki, polislər təcavüzkarı saxta “Facebook” hesabı açaraq ələ keçirə bilib.