27f22f43-4048-48f5-a0a5-dd5a911b29c5..jpg

Pelenin ölüm səbəbi açıqlandı – YENİLƏNİB

Baxış sayı: 4. 497 dəfə baxılıb.

Pelenin ölüm səbəbi açıqlandı – YENİLƏNİB

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili
orqanların çoxsaylı çatışmazlığı olub.

Bu barədə onun vəfat etdiyi Albert Eynşteyn klinikasının rəsmi bülletenində
məlumat verilib.

Bildirilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası
nəticəsində yaranıb.

Klinikanın mətbuat xidməti keçmiş futbolçunun ailəsinə və sevimli Futbol
Kralının itkisinə görə kədərlənənlərin hamısına başsağlığı verib.

23:05

Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.

Onun uzun müddət bağırsaq xərçəngindən müalicə olunduğu bildirilmişdi.

Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı.

Peşəkar karyerası ərzində Pele 1363 matçda 1281 qol vurub, o cümlədən
“Santos”un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 qol vurub ki,
bu da dünya rekordudur.

Mənbə: TASS

Source link