b8a116b6-2db9-4ca4-bc5d-02252da59b50..jpg

Penaltidən ən çox qol vuran futbolçular: Ronaldu əlçatmazdır

Baxış sayı: 2. 902 dəfə baxılıb.

Penaltidən ən çox qol vuran futbolçular: Ronaldu əlçatmazdır

Penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yaydığı məlumata
görə, Kriştianu Ronaldu 151 penalti qolu ilə zirvədədir.

Portuqaliyalı 102 dəfə ölkə çempionatlarında, 10 dəfə kubok yarışlarında, 21
dəfə avrokuboklarda və 18 dəfə milli komandada 11 metrlik cərimə zərbəsini
dəqiq yerinə yetirib.

Ümumilikdə 5 futbolçu penaltidən 100 və ya daha çox qol vura bilib. Ronaldudan
əlavə Romario (Braziliya, 114 qol), Ronald Kuman (Niderland, 113), Lionel Messi
(Argentina, 108) və Roberto Bacco (İtaliya, 100) siyahıda yer alıb.

Source link