Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı qaldırıldı

Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı qaldırıldı

Baxış sayı: 5. 108 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərəncama əsasən,  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinenə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ÇıxışYolu.Com