051b5bd9-6310-48d4-bb4b-5764b02f14a5..jpg

Penitensiar Xidmətin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanıb – VİDEO

Baxış sayı: 667 dəfə baxılıb.

Penitensiar Xidmətin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət
işi başlanıb – VİDEO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi
qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlunun odlu silahdan atəş açmaqla özünü
öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Cixisyolu.com-a bildirilib ki, daxil olmuş
məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə
baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi
götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və
təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.


Source link