Pensiyalar neçə faiz artırılacaq? – Ekspert izah edir + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun
olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət
Statistika Komitəsinin dünən yaydığı rəsmi məlumata görə, 2023-cü ilin
yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni ötən ilin ilk 11
ayının nəticəsinə görə, orta aylıq maaş 11,2 faiz artıb”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10,8 faizə
indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin
orta aylıq əməkhaqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını
gözləyir:
“Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq
əməkhaqqındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta
aylıq əməkhaqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununla
yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq
əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”.